Paulo Dibala Avropa Liqasının bu mövsümündə ən çox qol vuran dörd futbolçudan biridir. Matc.az xəbər verir ki, "Roma"nın forvardı finalda "Sevilya" ilə görüşün 34-cü dəqiqəsində hesabı açıb.
 
Romalıların ötən yay azad agent kimi heyətinə cəlb etdiyi argentinalı futbolçunun hesabında 5 qol var. Onu yalnız 6 qol vuran Markus Reşford ("Mançester Yunayted") və Viktor Bonifase ("Union") qabaqlayır.
 
"Feyenoord"un futbolçusu Santyaqo Ximenes də 5 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest