Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatında İngiltərəyə qarşı keçiriləcək üçüncü yer uğrunda oyun barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis komandasının bürünc medal qazanmaq üçün meydana tam məsuliyyətlə çıxacağını vurğulayıb.
"Bu, yoldaşlıq görüşü deyil. Əlbəttə ki, bu matç bizim iştirak etmək istədiyimiz oyun deyil, amma reallıq budur. Qazanılmalı olan bir üçüncü yer var. Bu yekun hədəfə çatmaq üçün əlimizdən gələni etmək həm mənim və köməkçilərimin, həm də futbolçuların borcudur. Şübhəsiz ki, bu görüş final qədər vacib deyil, amma yenə də təkrar edirəm: biz buradayıq", - deyə Deşam açıqlama verib.
Qeyd edək ki, Fransa - İngiltərə qarşılaşması iyulun 19-da saat 01:00-da keçiriləcək.













