18 İyul 2026, 11:15
FUTBOL
"Qalatasaray" heyətini gücləndirmək məqsədilə hücum xəttinə yeni gənc futbolçu cəlb etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Burukun heyətdə görmək istədiyi əsas adlardan biri "Tottenhem" forması geyinən 21 yaşlı Matis Teldir.
Fransız futbolunun gələcək vəd edən adlarından olan hücumçu üçün İstanbul təmsilçisi artıq ilkin addımları atmağa və rəyin öyrənilməsi prosesinə başlayıb.
Ötən mövsüm İngiltərə klubunda 31 oyuna çıxıb 4 qol vuran fransalı oyunçu ilə yanaşı, "Qalatasaray"ın siyahısında Ukraynanın "Dinamo" klubundan Matviy Ponomarenko və "Başakşəhər"dən Bertuğ Yıldırım kimi forvard namizədləri də yer alır.













