"İndi hamı kədərli və məyusdur". Matc.az xəbər verir ki, bunu "Roma"nın müdafiəçisi Kris Smollinq Avropa Liqasının finalında "Sevilya"ya uduzduqları oyunu şərh edərkən deyib. 
 
Penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olan İtaliya təmsilçisinin futbolçusu bildirib ki, komandası finala qədər çox əziyyət çəkib: "Finala gedən yolda çox mübarizə apardıq. Rəqib komandanın sevincini izləmək çətindir. Uzun müddət yadımızdan çıxmayacaq. Növbəti mövsüm yenidən cəhd etməliyik. Baş məşqçimiz Joze Mourinyo oyundan sonra bizimlə fəxr etdiyini söylədi. O dedi ki, biz güclü olmalıyıq, çünki birlikdə qalib gəlib, birlikdə uduzuruq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest