"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante də Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, yerli klubların nümayəndələri Fransa millisinin üzvünün transferini müzakirə etmək üçün Londona yollanıblar.
 
32 yaşlı yarımmüdafiəçi ilə "Əl-Nəsr" və "Əl-İttihad" maraqlanır. Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə, imic hüquqları və kommersiya müqavilələrindən əldə edilən gəlir də daxil olmaqla, onun maaşı ildə 100 milyon avroya çata bilər.
 
Kante özü "çelsi"də qalmağı üstün tutur. Ancaq tərəflər ayın sonuna qədər olan müqavilənin müddətini uzatmaq məsələsində hələlik ortaq məxrəcə gəlməyiblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest