İspaniya La Liqasının XXIX turunda "Espanyol"u qəbul edən "Barselona" aktivinə növbəti 3 xalı yazdırıb. Matc.az saytının məlumatına görə, Lionel Messinin dublu Kataloniya klubuna ölkə çempionatında ardıcıl 6-cı qələbəni qazandırıb - 2:0.

Bu, eyni zamanda Messinin La Liqada 334-cü qələbəsi kimi yadda qalıb. Argentinalı superulduz bu nəticə ilə "Real"ın əfsanəvi kapitanı İker Kasilyasa məxsus rekordu təkrarlayıb. Daha bir qalibiyyətlə Leo yeni rekord müəyyənləşdirəcək.

Qeyd edək ki, hazırda aktivində 69 xal olan "Barselona" ən yaxın izləyicisini 13 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest