İranda onlayn platformalarda istifadəçilər "Əl-Nəsir"in hücumçusu Kristiano Ronaldoya toxunan əşyaları satışa çıxarıblar .
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Portuqaliyalının toxunduğu iddia edilən əşyalar arasında qarpız, salfetlər və xalçadan saplar da var.  Bazar ertəsi Ronaldo "Əl-Nəsir"ın digər oyunçuları, məşqçilər heyəti və heyəti ilə birlikdə Asiya çempionlar Liqası çərçivəsində yerli "Persepolis"lə oyun üçün Tehrana gəlib. Gələn kimi futbolçuya fars xalçası və limitsiz internetə çıxışı olan SİM kart hədiyyə edilib.
 
Qeyd edək ki, "Persepolis"lə "Əl-nəsir" arasında görüş çərşənbə axşamı, sentyabrın 19-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest