Futbol üzrə Azərbaycan Kubokunda II mərhələnin oyunları davam edir. Matc.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Şahdağ Qusar" "Qaradağ Lökbatan"la üz üzə gəlib.
 
Görüş "Qaradağ Lökbatan"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə, onlar ölkə kubokunun 1/8 finalında "Neftçi" ilə qarşılaşacaqlar. "Kəpəz" də "Baku Sportinq"i mübarizədən kənarlaşdırıb və Gəncə təmsilçisinin növbəti rəqibi "Sabah" olacaq. "Araz-Naxçıvan" "Kür-Araz"ı böyükhesabla məğlubiyyətə uğradıb.
 
Azərbaycan kuboku
II təsnifat mərhələsi
 
"Şahdağ Qusar" – "Qaradağ Lökbatan" 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı OİK stadionu, 13:30 (canlı, "AzPFL")
 
"Kəpəz" – "Baku Sportinq" 2:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 13:30 (canlı, "CBC Sport")
 
"Kür-Araz" – "Araz-Naxçıvan" 1:6
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
"Dalğa Arena", 15:00 (canlı, "AzPFL")
 
18:00. "Lerik" – "Sumqayıt" 0:6
Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Kapital Bank Arena" (canlı, "CBC Sport")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest