"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Portu" ilə qarşılaşıb (2:1). Matc.az xəbər verir ki, həmin görüşdə qazanılan qələbə Kataloniya təmsilçisi üçün əlamətdar olub.
 
Belə ki, "Barsa" 2021-ci ilin yayında komandadan ayrılan forvard Lionel Messinin gedişindən sonra ilk dəfə sözügedən turnirdə adını pley-off mərhələsinə yazdırıb. Onlar cari mövsüm H qrupunda 5 oyundan sonra 12 xalla zirvədə qərarlaşıblar.
 
Xatırladaq ki, Messi 2021-ci ilin yayında La Liqa təmsilçisindən ayrıldıqdan sonra PSJ-yə keçib. Hazırda o, "İnter Mayami"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest