"Bu bizim üçün çox vacib oyundu. Ya hakimə görə, ya da tez-tez bəxtimiz gətirməyən VAR-a görə yuxarı qalxmırıq"

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasında “Sassuolo” ilə oyundan əvvəl hakim Matteo Marsenaro ilə bağlı şübhələrini bildirib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis narahatlığını dilə gətirib.
 
O, hakimin əvvəlki üç görüşündəki idarəçiliyindən şübhələndiyini vurğulayıb: “Bu, təkcə “Sassuolo” – “Roma” oyunu ilə bağlı deyil. Çempionlar Liqası zonasından 3 xal geridəyik. Bu bizim üçün çox vacib oyundu. Ya hakimə görə, ya da tez-tez bəxtimiz gətirməyən VAR-a görə yuxarı qalxmırıq”.
 
Bu açıqlamadan sonra İtaliya Futbol Federasiyası Mourinyonun sözlərini araşdıracağını, işin artıq açıldığını bildirib. Qarşılaşma isə “Roma”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest