Topaz Premyer Liqasının VIII turunda "Səbail"i qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, ağdamlılarda artıq bütün oyunçular kollektivə qoşulub.

 

Yığma komandalarında olan legionerlər Hannes Halldorsson (İslandiya), Simeon Slavçev (Bolqarıstan) və Dzon Delarj (Konqo) da artıq məşqlərə qatılıb.

 

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" – "Səbail" görüşü 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest