Azərbaycanlı futbolçu Ayaz Quliyev insident törədib. Matc.az saytının məlumatına görə, "Spartak"ın üzvü amerikalı turistin burnunu qırıb.
Bu barədə "Moskovsıy Komsomoleç" nəşri xəbər yayıb. Bilidirlib ki, Ayaz bu gün saat 11 radələrində öz "Mersedes"i ilə Moskva küçələrinin birində hərəkətdə olarkən svetoforun qırmızı işığına məhəl qoymayıb. Bu zaman yolu qarşı tərəfə keçən piyada ilə az qala toqquşma dərəcəsinə gələn Quliyev avtomobili tərk edərək onun üstünə qışqırmağa başlayıb. Maykl Ko Couns Eli adlı amerikalı şəxs cavab qaytardıqda isə futbolçu ona zərbə endirib və burnunu qırıb.
Şahidlərin ifadəsinə görə, hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım birqadası gəlib. Daha sonra amerikalıdan üzr istəyən Ayaz Quliyev onun bütün xəstəxana xərclərini ödəməyə boyun olub və zərərçəkmişin şikayətmi olmamasını istəyib. Cons Eli isə öz növbəsində polisə ərizə yazaraq Ayazadan şikayətçi olmadığını bildirib.
Rusiya mətbuatının iddiasına görə, ötən ilin sonunda yeni avtomobil alan Quliyev bu nəqliyyat vasitəsi ilə 200-ə yaxın halda yol hərəkət qaydasını pozub, onun passivində külli miqdarda ödənməmiş cərimə var.
Qeyd edək ki, Ayaz Quliyev milli komandamıza namizəd futbolçulardan hesab olunsa da, o, hələlik yığma seçimi ilə bağlı yekun qərarını verməyib.