"Tottenhem" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin ilk matçında səfərdə "Atletiko"ya 2:5 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, London təmsilçisi ardıcıl 6-cı oyunda məğlub olur. Bu, klub tarixinin ən pis göstəricisidir.

Paytaxt klubu "Atletiko"dan əvvəl "Kristal Palas", "Fulhem", "Arsenal", "Nyukasl" və "Mançester Yunayted"ə məğlub olublar. Bu matçlarda ümumi qol fərqi 6:18-dir.

Qeyd edək ki, "Tottenhem" növbəti oyununu martın 15-də "Liverpul"a qarşı keçirəcək. İqor Tudorun rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra isə "Atletiko" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest