24 Fevral 2024, 19:42
FUTBOL
"Latsio"nun mətbuat xidməti qapıçı İvan Provedellə müqavilənin uzadıldığını açıqlayıb.
Matc.az xəbər verir ki, qolkiperin yeni sözləşməsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Onun maaşı hər mövsüm üçün 2 milyon avro olacaq (üstəlik bonuslar).
Xatırladaq ki, Provedel 2023-cü ilin sonunda "Latsio"nun ən yaxşı futbolçusu seçilib.