Topaz Premyer Liqasının VIII turunda "Qəbələ"nin qonağı olacaq "Neftçi"də ən çox sual doğuran məqam hücumçu Baqali Dabonun oynayıb-oynamayacağı idi. Matç.az saytının məlumatına görə, zədəli olduğu üçün iştirakı sual altında olan fransalı forvard start heyətində meydana çıxacaq.

 

Bununla sabiq komandasına qarşı cari mövsümdə ikinci dəfə mübarizə aparacaq Dabo ilk dəfə rəqib qismində Qəbələ şəhər stadionuna ayaq basacaq. Dabo sonuncu dəfə bu arenada mayın 28-də Azərbaycan kubokunun final matçında "Qəbələ"nin heyətində meydana çıxmışdı. 30 yaşlı forvard 17:00-da start götürəcək qarşılaşmada 145 gündən sonra Qəbələ azarkeşləri önünə rəqib kimi çıxacaq.

 

Qeyd edək ki, II turda "Dalğa Arena"da keçirilən görüşdə "Neftçi" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etmiş, Dabo isə 36-cı dəqiqədə hesabı açmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest