27 Aprel 2024, 14:10
FUTBOL
"Lester" 2023/24 mövsümünün sonunda Premyer Liqaya yüksəlməyi təmin edib.
Matc.az xəbər verir ki, sondan əvvəlki turda "Lids"in "Kuinz Park Reyncers"ə məğlub olmasından (0:4) sonra "tülkülər" ən azı 2-ci yeri təmin ediblər. Enzo Mareskinin komandası “Lids”i 4 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Eyni zamanda, "Lester" hələ 45-ci tur matçını səfərdə "Preston"la keçirməlidir.
Üçüncü yerdə olan "İpsviç" “Lester”dən 1 matç az keçirib və liderlərdən 5 xal geri qalır. Beləliklə, “traktorçuların” birinci yeri tutmaq üçün hələ də nəzəri şansları var.
Xatırladaq ki, “Lester” aşağı liqaya düşəndən bir il sonra yenidən Premyer Liqaya qayıdıb. “Tülkülər” 2022/23 mövsümünün sonunda 18-ci yerdə başa vuraraq elitanı tərk edib.