Leteksye Avro finalları tarixində ən gənc hakim olacaq. Qarşılaşma zamanı o, 35 yaş 82-ci günündə olacaq.

Sabah İspaniya və İngiltərə millilərinin qarşılaşacağı AVRO-2024-ün finalı keçiriləcək. UEFA-nın turnirin final oyunu üçün hakimlər briqadasını açıqladığı barədə daha əvvəl məlumat vermişdik. Baş hakim fransalı Fransua Leteksye olacaq.

Matc.az xəbər verir ki, Leteksye Avro finalları tarixində ən gənc hakim olacaq. Qarşılaşma zamanı o, 35 yaş 82-ci günündə olacaq. Bundan əvvəlki rekord AVRO-2000-nin finalını 37 yaş 136-cı günündə idarə edən isveçli Anders Friskə məxsus idi.

Qeyd edək ki, Leteksye həm də dünya çempionatları tarixində ən gənc hakim olacaq. Ancaq burada 1934-cü il dünya çempionatının finalını isveçli İvan Eklind idarə etdiyini nəzərə almağa dəyər. Qarşılaşma zamanı onun 29 yaşı var idi, lakin futbol matçlarından əlavə, xokkey görüşlərini də idarə edib.

Leteksye bildirib ki, AVRO-2024-ün final matçını idarə etmək onun üçün böyük şərəfdir.

“Əlbəttə, bu oyuna namizəd olmaq böyük şərəf və böyük məmnunluqdur. Bu sürpriz oldu, çünki mən turnir boyu hər gün diqqətimi oyunlara cəmləməyə çalışdım və bu qədər böyük bir şey gözləmirdim”.

Xatırladaq ki, fransalı hakim AVRO-2024-ün qrup mərhələsində iki, 1/8 final mərhələsində bir oyunu idarə edib. O, əvvəllər 2023-cü ildə UEFA Superkubokunu idarə edib və eyni zamanda iyunda Çempionlar Liqasının finalında dördüncü hakim olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest