Bu gün AVRO-2024-ün final oyunu keçiriləcək. İspaniya və İngiltərə milliləri Avropanın ən güclü komandasını müəyyənləşdirəcək.

Bu gün AVRO-2024-ün final oyunu keçiriləcək.

Matc.az xəbər verir ki, İspaniya və İngiltərə milliləri Avropanın ən güclü komandasını müəyyənləşdirəcək.

İspanlar tarixdə dördüncü kubokunu qazanmağa çalışacaq, ingilislər isə ardıcıl ikinci dəfə ilk qitə kuboku uğrunda mübarizə aparacaqlar.

Bu komandalar arasında baş-başa görüşlərin tarixi kifayət qədər zəngin tarixi var. Yığmalar arasında ilk oyun 95 il əvvəl olub. 1929-cu ildə İspaniya yoldaşlıq görüşündə İngiltərə ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

Bundan sonra komandalar daha 26 görüş keçirib. Hazırda üstünlük ingilislərin tərəfindədir. Onlar 20, ispanlar isə 10 qələbə qazanıb. Qalan 4 görüş heç-heçə başa çatıb. Top fərqi də ingilislərin xeyrinədir - 45:32.

İspaniya ən böyük hesabla 1960-cı ildə İngiltərəni məğlub eib. Yoldaşlıq görüşündə 3:0 hesabı ilə qələbə qazanıblar. İngiltərənin İspaniya üzərindəki məğlubiyyəti daha böyükdür. İlk oyunundan iki il sonra keçirilən yoldaşlıq görüşündə 7:1 qalib gəliblər.

Bu komandalar arasında son oyun 2018-ci ildə UEFA Millətlər Liqasında baş tutub. Həmin turnirdə hər iki komanda səfərdə qalib gəlib. Londonda ispanlar 2:1, Sevilyada isə İngiltərə 3:2 hesabı ilə qalib gəlib.

Buna qədər komandalar dəfələrlə yoldaşlıq görüşləri keçiriblər. Böyük turnirdə sonuncu dəfə AVRO-1996-da qarşılaşıblar. Komandalar 1/4 finalda üzləşiblər, əsas və əlavə vaxtda heç-heçədən sonra penaltilər seriyasında İngiltərə qalib gəlib.

Ümumilikdə Avropa çempionatında İspaniya və İngiltərə müxtəlif mərhələlərdə dörd dəfə qarşılaşıb və bütün görüşlər İngiltərənin xeyrinə başa çatıb.

Həmçinin, komandaların dünya çempionatları tarixində iki oyunu var və orada üstünlük İspaniyanın tərəfindədir. Bir dəfə qalib gəlib, bir dəfə də qolsuz heç-heçə oynayıblar.

Almaniya ispanların və ingilislərin üz-üzə gəldiləri beşinci ölkə olacaq. Komandalar İspaniya və İngiltərə ilə yanaşı, İtaliya (AVRO-1980) və Braziliyada (DÇ-1950) qarşılaşıblar.

Xatırladaq ki, final oyunu Berlindəki Olimpiya stadionunda baş tutacaq. Qarşılaşmanın baş hakimi funksiyasını Fransua Leteksier yerinə yetirəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest