Mərasimin sonunda Olimpiya bayrağı Eyfel qülləsi yaxınlığında təntənəli şəkildə qaldırıldı. Lakin diqqətlərdən qaçan bir məqam oldu. Olimpiya bayrağı dirəyə tərs asılmışdı.

Parisdə 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimi başa çatıb.

Matc.az xəbər verir ki, mərasimin sonunda Olimpiya bayrağı Eyfel qülləsi yaxınlığında təntənəli şəkildə qaldırıldı. Lakin diqqətlərdən qaçan bir məqam oldu. Olimpiya bayrağı dirəyə tərs asılmışdı.

Qeyd edək ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest