UEFA Millətlər Liqası kampaniyasının başlaması ərəfəsində İngiltərə milli komandasının müvəqqəti baş məşqçi təyin edilib.

Matc.az xəbər verir ki, bu vəzifəni İngiltərə U21 yığmasının baş məşqçisi Li Karsli icra edcək.

Bildirilir ki, Karsli İrlandiya və Finlandiya ilə sentyabrda keçiriləcək oyunlar üçün millinin “sükanı arxasında” olacaq. 50 yaşlı mütəxəssis, yeni daimi baş məşqçi axtarışı müddətində, payız boyu bu vəzifədə qalmaq niyyətindədir.

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün finalında İspaniyaya uduzduqları (1:2) matçdan sonra postundan ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest