"Barselona" futbolçusu Lamin Yamalla yeni müqavilə imzalamaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, yeni müqavilə ilə onun maaşı xeyli artırılacaq. Müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Lamin Yamal ötən mövsüm "Barselona"nın heyətində 53 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest