Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Finlandiya Futbol Assosiasiyasını 30 min avro məbləğində cərimələyib. Matc.az xəbər verir ki, buna səbəb Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda keçirilmiş oyundur.
Görüş sentyabrın 29-da Helsinkidə keçirilib və 0:0 hesabı ilə başa çatıb.
Dövlət himnlərinin ifası zamanı qaydanın pozulmasına görə Finlandiya tərəfi 10 min avro cərimələnib. Bundan əlavə, azarkeşlərin idman tədbirinin xarakterinə uyğun olmayan mesajlar nümayiş etdirməsinə görə də assosiasiyaya cərimə tətbiq edilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest