29 Oktyabr 2026, 13:23
FUTBOL
Qurban Qurbanov Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi postuna namizədlər arasında yer alıb. Matc.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler məlumat verib.
O bildirib ki, İsmail Kartalın istefasından sonra İstanbul təmsilçisinin baş məşqçi postuna 5 namizəd var. Həmin şəxslər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı çəkilir.













