İspaniya La Liqasında VIII turun "Atletiko" və "Real" komandalarının qarşılaşması başa çatıb.

Matc.az xəbər verir ki, Madrid derbisində qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqların yeganə qolunu müdafiəçi Eder Militao (64 dq) vurub. Meydan sahibləri isə uzatma dəqiqələrində Anxel Korreanın qolu (90+6 dq) ilə məğlubiyyətdən qaça bilib.

Oyunun sonunda "Atletiko"nun mərkəz müdafiəçisi Markos Lorente birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, hakim Mateo Buskets 68-ci dəqiqədə oyunu dayandırıb və komandalar meydanı tərk edib. Bu, "Atletiko" azarkeşlərinin meydançaya və "Real"ın qapıçısı Tibo Kurtua tərəfə yad əşyalar atmağa başlaması ilə əlaqədar baş verib. Təxminən 20 dəqiqə sonra azarkeşlər sakitləşəndən sonra oyun yenidən başlayıb.

Bu oyundan sonra "Real"ın 18 xalı var və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Atletiko" isə 16 xalla üçüncüdür. Turnir cədvəlinə 21 xalla "Barselona" başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest