İngiltərə Premyer Liqası "Mançester Siti"nin 2025/26 mövsümünün açılış turlarının təxirə salmaq tələbi rədd edib.

Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Xosep Qvardiola "Reuters" agentliyinə açıqlamasında deyib.

"Premyer Liqa bizə ilk turları təxirə salmaqdan imtina etdi, mən onlara çox minnətdaram. Bəlkə də, üç turnirdə qalib gəldiyimiz mövsümdən daha çox oyun keçirəcəyik".

Xatırladaq ki, "Mançester Siti" 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilməsi planlaşdırılan klublararası dünya çempionatında iştirak edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest