"Mançester Yunayted"in rəhbərliyi ümumi yığıncaqdan sonra komandanın baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı qərar verməyiblər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" paylaşıb.

Bildirilir ki, niderlandlı mütəxəssisin klubdakı gələcək fəaliyyəti ilə bağlı dəqiq qərarın olmamasına baxmayaraq, komandanın son nəticələri fonunda onun yaxın günlərdə qovulması ehtimalı qalmaqdadır.

Daha əvvəl mətbuatda 54 yaşlı mütəxəssisin Tomas Tuxellə əvəz oluna biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeddi turundan sonra "Mançester Yunayted" 8 xalı var və 14-cü yerdədir.

Ten Haq 2022-ci ilin yayında "qırmızı şeytanlar"ın baş məşqçisi təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest