10 Oktyabr 2024, 12:32
FUTBOL
"Sabah"ın sabiq çalışdırıcısı, hazırda "Krasnodar"ın baş məşqçisi olan Murad Musayev Rusiya Premyer Liqasında mükafata sahib çıxıb. Matc.az xəbər verir ki, o, çempionatda ötən ayın ən yaxşı məşqçisi seçilib.
Sentyabr ayında “Krasnodar” 3 oyun keçirib və bütün görüşlərdə qələbə qazanıb. Hazırda 27 xala malik komanda turnir cədvəlində liderdi.
Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin fevral ayınadək "Sabah"ın baş məşqçisi olub.