15 Oktyabr 2024, 16:21
FUTBOL
UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Bazel” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşacaq “Sabah” Avropada yaşayan azərbaycanlılara müraciət edib. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi səfər görüşündə azarkeşləri tribunalardan dəstək verməyə çağırıb.
Matçı stadiondan izləmək istəyən tərəfdarların qeydiyyatdan keçməsi xahiş olunub. Həmin azarkeşlər qarşılaşmanı izləmək üçün biletlə təmin ediləcəklər.
Qeyd edək ki, “Bazel” və “Sabah”ın U-19 komandalarının görüşü oktyabrın 23-də, “St. Yakop-Park” stadionunda baş tutacaq.