30 Oktyabr 2024, 15:56
FUTBOL
“Rapid”in (Buxarest) üzvü Rumıniya çempionatının 14-cü turunda FKSB ilə matçda zədə alıb.
Millətlər Liqasında gələn ay millimizin qonağı olacaq Estoniya yığması problemlə üzləşib. Matc.az xəbər verir ki, estonların yarımmüdafiəçisi Mattias Keyt bu görüşü buraxa bilər.
Bu barədə Estoniya mətbuatı məlumat yayıb. Bildirilib ki, “Rapid”in (Buxarest) üzvü Rumıniya çempionatının 14-cü turunda FKSB ilə matçda zədə alıb. Əzələsindən zədələnən futbolçu 36-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Onun Azərbaycan millisinə qarşı oyunda iştirak edib-etməyəcəyi sual altına düşüb.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya qarşılaşması saat 18:00-da start götürəcək.