Gürcüstanın daha bir futbolçusu karyerasını Avropada davam etdirəcək. Matc.az xəbər verir ki, söhbət Vaxtanq Saliyadan gedir.

Tbilisi “Dinamo”sunun üzvü İngiltərədə futbol oynayacaq. Belə ki, o, “Nyukasl” klubu ilə anlaşıb. 17 yaşlı hücumçu ilə rəsmi müqaviləyə qol çəkilib. Saliya 18 yaşı tamam olan kimi - 2025-ci ilin avqustunda “sağsağanlar”ın heyətinə qoşulacaq.

Qeyd edək ki, Saliya “Dinamo”da ötən il debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest