05 Noyabr 2024, 16:47
FUTBOL
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim daha yüksək maliyyə şərtləri qarşılığında başqa kluba keçmək imkanını dəyərləndirməyib. Matc.az “A Bola”ya istinadən xəbər verir ki, mütəxəssis “Vest Hem” və “Əl Nəsr”dən bundan da sərfəli təkliflər alıb.
Xüsusən də, Səudiyyə Ərəbistanı klubu astronomik məbləğdə maaş boyun olub. Ərəblər 39 yaşlı Amorimə illik 20 milyon avro maaş təklif ediblər. Lakin karyeranı üstün tutan portuqaliyalı çalışdırıcı Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, onun keçidi “Sportinq”in 11 milyon avro təzminat qazanması ilə nəticələnib.