İspaniya nəhəngləri "Real" və "Barselona" Tbilisi "Dinamo"sunun 16 yaşlı müdafiəçisi Saba Xarebaşvilini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Qeyd edək ki, Xarebaşvili Gürcüstan çempionatının cari mövsümündə 20 oyun keçirib və iki məhsuldar ötürmə edib.

Futbolçu 15 yaşında Tiflis "Dinamo"sunun əsas komandasında debüt edib. "Transfermarkt" portlında müdafiəçinin dəyəri 300 min avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest