Noyabrın 16-da UEFA Milətlər Liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan - Estoniya oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, Qəbələdə təşkil olunacaq görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanı baş hakim Con Biton idarə edəcək. Ona Daniel Makfarlan və Devid Makqiçi köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mettyu Makdermid yerinə yetirəcək. Endi Dallas və Nikolas Uolş VAR hakimləri kimi fəaliyyət göstərəcək.

Hakimlərin işinə albaniyalı hakim-inspektor Albano Yanku qiymət verəcək. Polşalı Eva Qayevska isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest