“Bavariya” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq. Matc.az xəbər verir ki, Bundesliqa nəhəngi gələn ilin yayında 3 futbolçusunu satmağı planlaşdırır.

Bunlar Leroy Sane, Kinqsli Koman və Serj Qnabridi. Mühnenlilər ümumi maaş xərclərini azaltmaq üçün bu addımı atmaq istəyir. Sane, Qnabri və Koman komandanın ən yüksək ödənişli oyunçuları sırasındadı. Onlar ümumilikdə illik təxminən 60 milyon avro gəlir əldə edirlər.

Qeyd edək ki, “Bavariya” hazırda Bundesliqaya başçılıq edir. Vensan Kompaninin komandası 10 oyunda 26 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest