Bakı İdman Sarayında ilk olaraq "Araz"la EKOL üz-üzə gələcək. Ardından Neftçi" İK ilə "Xəzər Cənub" münasibətlərini aydınlaşdıracaq. Hər iki cütlükdə komandalar hərəyə 1 qələbə qazandığından, bugünkü qarşılaşmaların qalibləri finala, məğlubları isə 3-cü yer uğrunda oyuna vəsiqə əldə edəcək.

Bu gün futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin 3-cü oyunları keçirilib. Matc.az saytının məlumatına görə, komandalar final yolunda həlledici görüşə çıxıblar.

Bakı İdman Sarayında ilk olaraq "Araz"la EKOL üz-üzə gəlib. Görüş birincilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardından "Neftçi" İK ilə "Xəzər Cənub" münasibətlərini aydınlaşdırıb. 11 qolun vurulduğu oyunda cənublular qələbəyə seviniblər - 6:5.

Hər iki cütlükdə komandalar hərəyə 1 qələbə qazandığından, bugünkü qarşılaşmaların qalibləri finala, məğlubları isə 3-cü yer uğrunda oyuna vəsiqə əldə edib.

 

Yüksək Liqa

Pley-off mərhələsi. 3-cü oyunlar

14 may

"Neftçi" İK – "Xəzər Cənub" - 5:6

Qollar: Məhəmməd Katebi, 06:19, 16:27; Oruc Baxşəlizadə, 10:29, 33:55, 39:52 - Hadi Rezvan, 17:21; 29:56, İsaq Surqalı, 22:22; Farid Mazaheri, 25:58, 49:44, Rəşid Qalapur, 34:16

Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev

İlk iki oyunun nəticələri - 4:3, 4:8

 

"Araz" – EKOL - 4:1

Qollar: Ali Mikaeli, 10:21; İsa Atayev, 28:14, 30:56; Xətai Bağırov, 38:10 - Əsgər Abasov, 27:25

Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Fuad Həsənov

İlk iki oyunun nəticələri - 4:6, 3:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest