Mustafa Dənizli istefa verib. Matc.az saytının məlumatına görə, son mövsümü "Kasımpaşa"da keçirən təcrübəli mütəxəssis klubu ilə yolları ayırıb.

70 yaşlı çalışdırıcı komandasının uğurlu nəticə əldə edə bilmədiyi üçün bu addımı atdığını bildirib. ötən ilin oktyabrın ayından Dənizlinin rəhbərlik etdiyi komanda 32 turdan sonra Türkiyə Superliqasında 38 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Mustafa Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest