07 Fevral 2025, 15:26
FUTBOL
“Zirə”nin hücumçusu Salifu Suma karyerasını Ukraynada davam etdirməyəcək. Matc.az xəbər verir ki, buna səbəb qvineyalı futbolçu ilə maraqlanan klubların keçiddən vaz keçməsidi.
Belə ki, Kiyev “Dinamo”su və LNZ 21 yaşlı forvardı heyətinə qatmağı planlaşdırırdı. “Dinamo” hətta 800 min avro da təklif etmişdi. Lakin “Zirə” transfer üçün 1 milyon avrodan çox pul istəyib. Kiyevlilər isə futbolçu haqda müəyyən araşdırmadan sonra keçiddən imtina ediblər.
Qeyd edək ki, Salifu Suma bu yaxınlarda “Zirə” ilə müqaviləsini 2027-ci ilin yayınadək uzadıb.