"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiolaya yeni müqavilə təklif edib. Matc.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, "şəhərlilər" ispaniyalı mütəxəssislə uzunmüddətli sözləşmə imzalamaq istəyir.

Belə ki, Premyer Liqa çempionu 48 yaşlı çalışdırıcıya 5 illik müqavilə təklif edib. Rəhbərlik onun 15 milyon funt-sterlinqlik maaşını da 20 milyona yüksəltmək niyyətindədi.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest