09 May 2025, 10:53
FUTBOL
Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatan TomasParti komandanı tərk edəcək.
Matc.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta qanalı yarımmüdafiıçinin qalmasını istəmir.
Parti Türkiyə Super Liqasında çıxış edə bilər. "Fənərbaxça" 31 yaşlı dayaq yarımmüdafiəçisini heyətinə qatmaq istəyir. İstanbul klubu təcrübəli oyunçu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Tomas Parti 2020-ci ildən "Arsenal"da çıxış edir. Qana millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.