09 May 2025, 11:28
FUTBOL
"Riu Ave" "Beşiktaş"dan icarəyə götürdüyü Demir Ege Tıknazla bağlı qərar verib.
Matc.az xəbər verir ki, Portuqaliya klubu türk futbolçu üçün 5 milyon avroluq satınalma bəndini işə salacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Riu Ave" Demir Egeni komandada saxlamayacaq. Belə ki, 20 yaşlı yarımmüdafiəçiyə Portuqaliya, AAlmaniya və İtaliyadan təkliflər var. Klub gənc oyunçunu yüksək məbləğ qarşılığında satmağı planlaşdırır.
Qeyd edək ki, "Riu Ave" Demir Ege Tıknazı mövsümün əvvəlində icarəyə götürüb. Türkiyə millisinə də dəvət almış futbolçu "ağ-yaşıllar"ın heyətində keçirdiyi 31 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.