Bu gün Misli Premyer Liqasında XXXIII turun oyunlarına yekun vurulacaq.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
"Qarabağ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. "Kəpəz" isə səfərdə "Neftçi"nin qonağı olacaq.
Qeyd edək ki, növbəti turun oyunları 9-11 may tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
XXXIII tur
4 may
18:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu
20:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Neftçi Arena"