Mövsümün sonunda "Atletiko" ilə müqaviləsi başa çatan Reynildo Mandava Türkiyədə çıxış edə bilər.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Trabzonspor" mozambikli futbolçunu heyətinə qatmaq istəyir.

Super Liqa klubu yayda azad agent statusunda olacaq Reynildo ilə ilkin danışıqlara start verib. Tərəflər anlaşa bilsə, 31 yaşlı sol cinah müdafiəçisi "Trabzonspor"la müqavilə imzalayacaq.

Qeyd edək ki, "Atletiko" Reynildo Mandavanı 2022-ci ilin yanvar ayında "Lill"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində 29 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest