"Liverpul" mövsümün sonunda klubdan ayrılacaını açıqlayan Trent Aleksandr-Arnolda əvəzləyici tapıb.

Matc.az "Talk Sport"a istinadən xəbər verir ki, Premyer iqa klubu "Bayer"də çıxış edən Ceremi Frimponqu transfer etmək istəyir.

Niderlandlı sa cinah müdafiəçisinin Almaniya klubu ilə müqaviləsində 35 milyon avroluq sərbəstqalma məbləği yer alıb. "Liverpul" 24 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "ayer" Ceremi Frimponqu 2021-ci ildə Şotlandiyanın "Seltik" klubundan transfer edib. Niderland millisinin üzvü olan oyunçu bu mövsüm leverkuzenlilərin heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest