09 May 2025, 13:52
FUTBOL
Ciro İmmobile ilə yollarını ayırmağı planlaşdıran "Beşiktaş" heyətinə yeni hücumçu cəlb edəcək.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Ayaks"da çıxış edən Vaut Veqorstu transfer etmək istəyir.
"Qara qartallar" keçmiş futbolçusu ilə danışıqlara başlayıb. "Beşiktaş"niderlandlı forvarda indiki klubunda aldığı maaşdan daha çoxunu təklif edib.
Qeyd edək ki, Vaut Veqorst bu mövsüm "Ayaks"ın heyətində keçirdiyi 30 oyunda 9 qol vurub, 2 qol ötürməsi edib. 32 yaşlı hücumçu 2022/2023 mövsümünün ilk yarısısında icarə əsasında "Beşiktaş"da çıxış edib.