"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Kataloniya klubundakı gələcəyi barədə danışıb.

Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu Katalonoiya klubu ilə müqavilə yeniləmək istədiyini deyib.

"Düşünürəm ki, "Barsa" ilə müqaviləmi yeniləyəcəm. 100% əmin ola bilmərəm, amma hər şey qaydasına düşsə, bu baş verəcək. Bu yay müqaviləmi yeniləmək niyyətindəyəm, amma nə olacağını görəcəyik. Bu, danışıqlar məsələsidir və bunun nə vaxt olacağını dəqiq söyləmək mümkün deyil. Əsas odur ki, hər iki tərəf bunu istəyir. Məncə, razılaşacağıq"

Qeyd edək ki, niderlandlı futbolçu 2019-cu ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 259 matçda iştirak edib, 19 qol vurub və 23 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest