01 İyul 2025, 20:44
FUTBOL
Paytaxt təmsilçisi 25 yaşlı əlcəzairli dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.
"Sabah" növbəti transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi 25 yaşlı əlcəzairli dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.
Fransanın "Anje" klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.
Qeyd edək ki, bu yay Fəxri Məmmədli ("Şamaxı"dan icarədən qayıdıb), Valdas Dambrauskas (baş məşqçi), Akim Zedadka ("Pyast", Polşa) və Stiv Solvet ("Martiq", Fransa) da "Sabah"a qoşulub.