"Vest Hem"in futbolçusu Məhəmməd Kudus Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.

"Tottenhem" qanalı vingeri transfer etmək istəyir. "Vest Hem" Kudus üçün göndərilən 63 milyon avroluq təklifi qəbul edib. 24 yaşlı ön xətt oyunçusu "Tottenhem"lə 6 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Vest Hem" Məhəmməd Kudusu 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest