"Sanderlend" hücum xəttini yeni oyunçu ilə  gücləndirib.

Matc.az xəbər verir ki, "qara pişiklər" "Brayton"dan Simon Adinqranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sanderlend" Fil Dişi Sahili millisinin üzvü üçün onun klubuna 21+3 milyon avro təzminat ödəyəcək. 23 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Simon Adinqra ötən mövsüm "Brayton"un heyətində keçirdiyi 33 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest