10 İyul 2025, 13:14
FUTBOL
"Hayduk" 21 yaşlı mərkəz müdafiəçisinin satışından 1 milyon avro gəlir əldə edib. Xorvatiyaa U-21 millisinin üzvü "Portu" ilə 5 illik müqavilə imzalayıb.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"da ayrılıq gerçəkləşib.
Matc.az xəbər verir ki, Split təmsilçisi Dominik Prpiçi "Portu"ya satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Hayduk" 21 yaşlı mərkəz müdafiəçisinin satışından 1 milyon avro gəlir əldə edib. Xorvatiyaa U-21 millisinin üzvü "Portu" ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu 23 iyul tarixində Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə iyulun 31-də Splitdə baş tutacaq.