06 İyul 2025, 18:02
FUTBOL
Bakıda təlim-məşq toplanışının ilk hissəsini başa vuran "Turan Tovuz", Türkiyəyə yola düşüb.
Matc.az xəbər verir ki, Ankaranın Qızılcahamam bölgəsindəki "Çam Otel"də məskunlaşacaq Tovuz klubu iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. "Von Resort Abant" otelində məskunlaşacaq komandanın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. "Turan Tovuz"un Təbrizin "Traktor" komandası ilə də yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Digər rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.